Elmar Məmmədyarov rusiyalı həmkarı ilə koronavirusla bağlı vəziyyəti MÜZAKİRƏ EDİB
    • 10-04-2020, 22:05
    • 1 228

Elmar Məmmədyarov rusiyalı həmkarı ilə koronavirusla bağlı vəziyyəti MÜZAKİRƏ EDİB

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı baş tutub.

News24.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində deyilir.
Bildirilir ki, tərəflər mövcud vəziyyəti və hər iki dövlətin COVID-19 ilə mübarizə çərçivəsində gördüyü tədbirləri müzakirə ediblər: "Nazirlər gələn həftə Azərbaycan və Rusiya əməkdaşlığının gündəliyindəki məsələlər ətrafında daha geniş müzakirələrin aparılmasına dair razılığa gəliblər".