"Xəstələrimin öldüyünü görməkdən çox yoruldum" TİBB BACISI AĞLADI - VİDEO
    • 12-04-2020, 13:45
    • 1 444

"Xəstələrimin öldüyünü görməkdən çox yoruldum" TİBB BACISI AĞLADI - VİDEO

Epidemiyanın yeni mərkəzi olan ABŞ-da koronavirus ölümləri günü-gündən artır.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkda təcili yardımda çalışan tibb bacısı göz yaşları içində yaşadıqlarını danışıb:"Otağa girib xəstələrimin öldüyünü görməkdən çox yoruldum. Otağa girirsən və cansız bir bədən var. Girdiyiniz hər otaqda cansız bədənləri görürsən. O insanların ailələrinə zəng edib ölüm xəbərini verməkdən bezdim. Bu müddətdə həmkarlarım öldü və bunu görməkdən bezdim".