Çində koronavirusa qarşı ikinci peyvəndin sınağına İCAZƏ VERİLDİ
    • 13-04-2020, 11:41
    • 913

Çində koronavirusa qarşı ikinci peyvəndin sınağına İCAZƏ VERİLDİ

Çində ikinci peyvəndin sınağına icazə verilib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin hakimiyyəti COVID-19 əleyhinə olan peyvəndin kliniki sınaqlarının birinci və ikinci mərhələlərini təsdiqləyib.

Qeyd edək ki, Çində koronavirusa qarşı hazırlanan ilk peyvəndin klinik sınaqları mart ayının ortalarında başlayıb və 36 nəfərdən ibarət 3 qrupa bölünən 108 könüllü iştirak edir.

Birinci könüllü qrupa peyvəndin kiçik dozası, ikincisi qrupa orta, üçüncüsünə isə yüksək veriləcək.

Kliniki sınaqlar 16 mart - 31 dekabr 2020-ci il tarixlərində davam edəcək.