-
- 17-03-2020, 17:42
- 1 453
Çin, ABŞ və Rusiya koronavirusa qarşı peyvəndi SINAQDAN KEÇİRİR
Çin hakimiyyəti koronavirusun yaratdığı xəstəlik üçün ilk peyvəndin klinik sınaqlarının başlamasına icazə verib.
News24.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb. Bildirilib ki, Çen Veyin hazırladığı peyvəndin test zamanı təsirli və təhlükəsiz olduğu təsbit edilib.
Eyni zamanda Rusiyada Dövlət Virusologiya və Biotexnologiya "Vektor" Tədqiqat Mərkəzinin alimləri "Covid-19" a qarşı peyvəndi sınaqdan keçirməyə başlayıblar. Peyvəndin ilk 13 prototipi laboratoriya heyvanlarında sınaqdan keçiriləcək.
ABŞ-da da koronavirus vaksininin ilk klinik sınaqları başlayıb. Seattledakı "Kaiser Permanente" araşdırma mərkəzinin mütəxəssisləri, dörd könüllünü eksperimental dozada peyvənd edib.
Peyvənddə virusdan alınan təhlükəsiz genetik kod var və insanlara koronavirusu yoluxdura bilməz.