"15 min dollara məmurların toylarını oxuyurdunuz, indi hardasınız?" - RƏQSANƏ İTTİHAM ETDİ
    • 13-04-2020, 14:22
    • 700

"15 min dollara məmurların toylarını oxuyurdunuz, indi hardasınız?" - RƏQSANƏ İTTİHAM ETDİ

Müğənni Rəqsanə İsmayılova "İnstagram"ın canlı yayımında sərt açıqlamalar verib.

News24.az xəbər verir ki, o, üzünü sənətçilərə tutaraq sosial yardıma ehtiyacı olanlara yardım göstərməyə çağırıb. İsmayılovanın hədəflərindən biri isə Xalq artisti Tünzalə Ağayeva olub: "14-15 min dollara məmurların toylarını oxuyurdunuz, indi hardasınız? Bu pulun heç olmasa yarısını Azərbaycan xalqına xərcləyin. Xalq artsti adına laiq olanlar, nə olar, xalqımıza kömək edin. Evdə oturub, şokolad mağazası açmaqla deyil. Əziz Tünzalə xanım, şokolad mağazası açmısan, halal-halal xoşun olsun. Mən sənin sənətini də, özünü də çox istəyirəm. Müğənnilərin evlərinə şokolad paylayıb, reklam etməkdənsə, səni Xalq artisti adına layiq görən bu millətin evinə payla, qoy, kiminsə balasının ağzı şirin olsun. Müğənni onsuz da hər gün şokolad yeyir, onların şokolada ehtiyacı var?! Bağlatdır 10 qutu, göndər 10 nəfər yetimin evinə. Sizin onsuz da yetərincə reklamınız var".

Sevda Bayramova