Azərbaycanda koronavirusa yoluxanların sayı 1148-ə çatdı- 289 nəfər sağaldı, 12-si öldü
    • 13-04-2020, 18:00
    • 843

Azərbaycanda koronavirusa yoluxanların sayı 1148-ə çatdı- 289 nəfər sağaldı, 12-si öldü

Azərbaycanda indiyə qədər koronavirusa yoluxanların sayı açıqlanıb.

Bu barədə  News24.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1 148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 289 nəfəri müalicə olunaraq sağalıb, 12 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.