Azərbaycanda koronavirusa yoluxan 1 480 nəfərdən 865-i sağalıb
    • 21-04-2020, 17:33
    • 740

Azərbaycanda koronavirusa yoluxan 1 480 nəfərdən 865-i sağalıb

Azərbaycanda indiyə qədər koronavirusa yoluxanların sayı açıqlanıb.

Bu barədə News24.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1 480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 865 nəfər müalicə olunaraq sağalmış, 20 nəfər vəfat etmiş, 595 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 20 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.