Sutka ərzində 4 mindən çox yoluxma, 98 ölü - TÜRKİYƏDƏ
    • 14-04-2020, 00:46
    • 895

Sutka ərzində 4 mindən çox yoluxma, 98 ölü - TÜRKİYƏDƏ

Türkiyədə sutka ərzində koronavirusdan 98 xəstə dünyasını dəyişib. 

News24.az "CNN Türk"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 24 saatda 4093 nəfərə koronavirus diaqnozu qoyulub. 511 nəfər isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumi yoluxmaların sayı 61049-a, ölümlərin sayı isə 1296-ya çatdığı bildirilib.