-
- 14-04-2020, 00:54
- 1 035
Açıq çörək almayın! - ÇAĞIRIŞ
"Əlimizi yuduq, meyvəni yuduq, göyərtini yuduq, bəs çörək?!"
News24.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəşarət Məmmədov sosial şəbəkə hesabında açıq şəkildə satılan çörəklə bağlı yazıb. O qeyd edib ki, bu problem bu gün də virusu yayan başlıca vasitədir:"Bilənlər müasir istehsal və avtomatik paketlənmiş çörək alır və ya heç olmasa bu dönəmdə evdə bişirir. Amma...
Zavod çörəyi, təndir çörəyi, lavaş (bağlı paketdə olsa da, kustar üsulla hazırlanır) və digər bütün açıq un məmulatları və şirniyyatlar bu baxımdan təhlükəlidir. Özüm görmüşəm dəfələrlə. Zavod çörəyi açıq şəkildə maşınlarda gətirilir. Mağazaların, marketlərin yanında taxta yeşiklər yerə qoyulub içərisinə çörək yığılır. Sonra altı yerə dəyən həmin taxta yeşiklər üst-üstə qoyulur və əli, üstü çirkli çörəkdaşıyan onu qucağına alıb marketə daşıyır. Bir dəfə şahidi olduğum klipvari mənzərə: Səhər işə gedirəm. İşıqforda dayanmışam. Mağazanın qaşısında bir bığıburma jiqulinin yük yerindən (baqaj) təndir çörəyini karton yeşiyə yığdı. Qucağına alıb 2 addım atmışdı ki, asqırdı. Günəş qarşı tərəfdən düşdüyü üçün çörəklərin üstünə səpələnən hər damlanı aydınca gördüm...
Olmazmı ki, bütün açıq çörək və un məmulatları istehsalçıları bütün bu məhsulları tam qapalı kağız və ya selofan torbalarda satışa çıxarsın. Digər çörək markaları kimi...
Əziz dostlar, demək istədiyim odur ki, əslində həmişə aktual olan bu primitiv qaydalara bu gün əməl etmək bəlkə də hər şeydən vacibdir. Çörək yuyulmadan, dezinfeksiya edilmədən yeyilən qidadır. Çox adam bunun fərqində belə deyil. Onlarla əlin dəydiyi bu çörəklər vasitəsilə yayılan virus və ya digər xəstəliklərlə mübarizəyə dövlət milyonlarla çörəyin xərcini çəkir və ya ailələr çörəkgətirənsiz qalır!
Bəzən o qədər "dahiyanə" düşünürük ki, sadə problemləri görmürük belə... Və sonda BÖYÜK PROBLEM-lərin həllinin SADƏ-də olduğunu anlayırıq. Onda da gec olur".