"Oba" marketdə antisantariya –  Çörək marketə bu cür gətirilir - FOTO
    • 5-07-2018, 14:06
    • 1 885

"Oba" marketdə antisantariya – Çörək marketə bu cür gətirilir - FOTO

Xətai rayonu Sabit Orucov küçəsində yerləşən Oba marketə çörəklər maşının yük yerində gətirilib. Foto news24.az –a izləyici tərəfindən göndərilib.

Məsələylə bağlı Oba marketlər şəbəkəsinin mətbuat katibi Elvin Babayevlə əlaqə saxladıq. 

E. Babayevin cavabı belə oldu: “Qısa müddətdə araşdırdıq. Tədarükçü şirkət olan “Dadlı həyat” sırf həmin ərazidə olan marketimizə lavaş və çörək gətirir. Mən həmin şirkətlə əlaqə yaratdım, bizə məlumat verdilər ki, çörək daşıyan maşın xarab olduğundan məcburən başqa maşından istifadə edilib”. 

Tədarükçü şirkət olan “Dadlı həyat” la əlaqə saxlamaq istədik. Dəfələrlə zəng etməyimizə baxmayaraq telefonumuza cavab verilmədi.

Elvin Nüsrətoğlu
News24.az