Türkiyədə koronavirusdan ölənlərin sayında CİDDİ ARTIM
    • 14-04-2020, 21:31
    • 718

Türkiyədə koronavirusdan ölənlərin sayında CİDDİ ARTIM

Türkiyədə son 24 saatda 107 nəfər koronavirusdan ölüb.

News24.az "CNN Türk"ə istinadən xəbər verir ki, bu haqda ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. O bildirib ki, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 1403-ə çatıb.

Qeyd edək ki, Türkiyədə bu günə qədər 443 min 626 koronavirus testi edilib. Yoluxmaların sayı 65 min 111, xəstəlikdən sağalanların sayı isə 4799 nəfərdir.