“Müalicə üçün başqa ölkəyə gedəcəyəm ki...” – Tünzalə xəstəliyindən danışdı - VİDEO
    • 21-09-2018, 16:24
    • 1 110

“Müalicə üçün başqa ölkəyə gedəcəyəm ki...” – Tünzalə xəstəliyindən danışdı - VİDEO

Xərçənglə mübarizə aparan əməkdar artist Tünzalə Əliyeva müalicəsindən danışıb.

News24.az-a açıqlama verən aktrisa hazırda təmənnasız müalicə aldığını bildirib:

“Müalicə üçün lazım olan büdcənin miqdarını bildirəm. Çünki Milli Onkologiya Mərkəzində tam təmənnasız müalicə alıram. Aldığım şüalara, edilən əməliyyatların hamısı pulsuzdur. Buna görə də akademik Cəmil Əliyevə təşəkkürümü bildirirəm”.

Aktrisa müalicə üçün başqa dövlətə üz tutub-tutmayacağına da aydınlıq gətirib:

“Başqa ölkəyə getmək fikrim yoxdur. Hələ ki, müalicəmi burada davaç etdirirəm. Üç ay gözləməliyəm. Daha sonra isə Azərbaycanda güclü tomoqrafiya aparatı var. Yanvar ayında həmin aparatla da müayinə olunacağam.

Xarici ölkəyə isə sırf Azərbaycanda və orada olan müayinənin nəticələrini qarşılaşdırmaq üçün gedəcəyəm. Qoy insnalar bilsin ki, bizim onkologiya Mərkəzində çox savadlı həkimlərimiz var. Buna görə xaricə getməsinlər”.

T.Əliyeva tanınmış simaların ona dəstək olmasına da münasibət bildirib:

“Çox xoşbəxt sənətçilərdənəm ki, ətrafımda olan sənət adamlarının hamısı mənə hörmət edir. Bildiyiniz, bilmədiyiniz, mənimlə küsülü olan, tanınan və ya tanınmayan bir nəfər qalmadı ki, mənə dəstək olmasın. Dünyanın ən xoşbəxt adamlarından biriyəm”.

Teymur Məmmədov