“Türkiyədə COVID-19-a yoluxan 6 azərbaycanlının səhhəti normaldır”- XƏZƏR İBRAHİM
    • 15-04-2020, 01:53
    • 803

“Türkiyədə COVID-19-a yoluxan 6 azərbaycanlının səhhəti normaldır”- XƏZƏR İBRAHİM

“Türkiyədə yeni növ koronavirus (COVID-19) xəstəliyinə yoluxan 6 Azərbaycan vətəndaşı var. Onların vəziyyəti qənaətbəxşdir”.

Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim bildirib.
Səfir deyib ki, həmin xəstələrdən beşi evə buraxılıb, birinin isə müalicəsi xəstəxanada davam edir və səhhəti normaldır: “Xəstəxanada müalicə olunan vətəndaşımızın da səhhəti normaldır”.

X.İbrahim deyib ki, hazırda 10 Azərbaycan vətəndaşı isə karantin şəraitində yaşayır. /APA/