-
- 21-09-2018, 16:44
- 1 839
Emin Ağalarov bir zamanlar qarmon bağışladığı əlil gəncin ali təhsilinə kömək etdi
3 yaşından Yasamal İcma Əsaslı Reablitasiya Mərkəzinin pulsuz xidmətlərindən bəhrələnən 1-ci qrup gözdən əlil Nurlan Əhmədov bu il Bakı Milli Konservatoriyanın Qarmon ixtisasına qəbul olunub. O təhsilini başa vurduqdan sonra musiqi müəllimi kimi fəaliyyət göstərəcək.
Qeyd etmək lazımdır ki, Nurlan qəbul imtahanlarında nəzəriyyə (solfecio) və ifadan ən yüksək 10-dan 10 bal toplasa da, TQDK (DİM) imtahanından 61 baldan az topladığı üçün (46 bal) ildə 2000 AZN ödəməklə pullu təhsil alacaq. Nurlan aztəminatlı ailədən olduğu üçün bu məbləği ödəmək imkanı yoxdur. Bu barədə News24.az-a UAFA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Saleh Nəsirov məlumat verib.
Məhz bu səbəbdən UAFA təşkilatı Nurlan üçün Emin Ağalarova müraciət edib və Azərbaycanın xalq artisti gözdən əlil gəncin Konservatoriya təhsilinin ödənişlərini öz üzərinə götürüb.
Nurlanla Eminin tanışlığının maraqlı bir tarixçəsi də var. Hələ lap balacaykən UAFA təşkilatı vasitəsi ilə Eminlə tanış olan Nurlan qarmon çalmaq istədiyini, lakin qarmon almağa pulu olmadığını müğənniyə bildirmişdi. Emin Ağalarov bu müraciətə laqeyd qalmayaraq, ona 3000 manat dəyərində olan bir qarmon bağışlamışdı. Məhz bu qarmonla Nurlan beynəlxalq münasibətlərə qatılıb ,qələbələr qazanıb və gələcək həyat yolunu düzgün seçib. Uğurlar, Nurlan!
İlhamə