Sənət adamları “Həyatin dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial LAYİHƏSİNDƏ-VİDEO
    • 15-04-2020, 21:53
    • 864

Sənət adamları “Həyatin dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial LAYİHƏSİNDƏ-VİDEO

Azərbaycanda hökm sürən ciddi karantin rejimində, xüsusilə yaşlı insanlarımızı sevindirən layihələrdən biri Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “HƏYATIN DƏYƏRLİDİR! EVDƏ QAL, AZƏRBAYCAN!” sosial layihəsi həyata keçirilib.

Fonddan News24.az-a verilən məlumata görə, layihənin məqsədi koronavirus (COVID-19) virusu ilə əlaqədar Azərbaycanda davam edən xüsusi karantin rejimi dövründə #evdəqal #bizbirlikdəgüclüyük kampaniyasına dəstək göstərməkdir.

Pandemiya ilə əlaqədar olaraq, əhalinin, xüsusilə də yaşlı insanların sağlamlıqlarının qorunması naminə evdən çıxmaması, evdə qalması çağırışlarının yer aldığı bu layihəyə ölkəmizin tanınmış simaları da qoşulub. Belə ki, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Alim Qasımov, Fərqanə Qasımova, Natiq Şirinov, Röya, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Aygün Bəylər, Manana Cabaridze, qardaş Türkiyədə yaşayan Azərin, Əlixan Səmədov, məsafənin qorunması prinsiplərini əsas tutaraq, yurdumuzun yaşlı insanlarının virtual olaraq qonağı olub, onlara öz doğmaları ilə evdən çıxmadan sıx ünsiyyət saxlasınlar deyə, telefon hədiyyə ediblər.

Qeyd edək ki, layihə ilə bağlı hazırlanan video çarxlar ölkənin TV kanallarında mütəmadi olaraq yayınlanmaqla yanaşı, sosial şəbəkələrdə də geniş yayılıb.