-
- 16-04-2020, 11:40
- 711
Ölkədə həkim çatışmazlığı ilə bağlı AÇİQLAMA
“Koronavurisla bağlı test etmək imkanlarımız genişlənib. Ölkəzimizn bütün rayonlarını əhatə etmişik. Əsas labaratoriya və ya testlər yox, həmin müəssisələrdə kim işləyəcək o önəmlidir”.
News24.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, ölkəmizdə həkim mütəxəsissləri xüsusi treninqdən keçirilir: “Sizin sadəcə test dediyinizin arxasında böyük zəhmət, peşəkar mütəxəssislər dayanır.
R. Bayramlı onu da əlavə edib ki, ölkədə həkim çatışmazlığından söhbət gedə bilməz: “Bütün səhiyyə müəssisələrindəki resurslardan istifadə edilir. Dövlət hesabına xaricdə təhsil alan tələbələrin ölkəyə gəlməsi dəstək məqsədilə həyata keçirilir. Bugünkü çarpayı fondunun 40 faizindən istifadə edilib. Bu sayın artırılması üçün də bu gün modul tipli xəstəxanalar tikilir".
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndələrinin rəhbəri Hande Harmancı isə vurğulayıb ki, Türkiyədə oxuyan tələbələrin Azərbaycana gətirilməsi burada həkim azlığı ilə əlaqəli deyil.
Afaq Mirayiq