Koronavirusdan sağalmış insanların plazmasından istifadə ediləcək- Ramin Bayramlı - VİDEO
    • 16-04-2020, 14:57
    • 755

Koronavirusdan sağalmış insanların plazmasından istifadə ediləcək- Ramin Bayramlı - VİDEO

“Hazırda atılan tibbi maskalar tibbi tullantılar deyil, sadəcə, tullantıdır. Tibbi tullantılar koronavirusa yoluxması təsdiqlənən xəstələrin istifadə etdiyi tullantılardır".

News24.az xəbər verir ki, bunu bu gün Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalara COVİD-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-S19 layihəsinə start verilməsi ilə əlaqədar keçirilən tədbirdə TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı onu da əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatı ilə bağlı tullantıların təmizlənməsi və utilizasiyasına dair layihə həyata keçirilir: “Koronavirusdan sağalmış şəxsləri önümüzdən həftədən Milli Hematologiya və Transfuziologiya Mərkəzi dəvət edəcəklə. Onlardan alınan plazmalarından istifadə edilməsi sahəsində işlər həyata keçiriləcək. Sağalan insanların plazmasında anti-cisimlər var. COVİD-19 üçün anti-cisimlər yetərincə olsa, ağır xəstələrə köçürə bilərik”.

Afaq Mirayiq