Gürcüstan DTX Keşikçi dağ məsələsindən sui-istifadə edən qüvvələri ifşa etdi
    • 16-04-2020, 12:07
    • 568

Gürcüstan DTX Keşikçi dağ məsələsindən sui-istifadə edən qüvvələri ifşa etdi

2019-cu ildə David Qareci məbədi (Keşikçi dağ) ətrafında baş verən hadisələrdə müxtəlif qüvvələr, həmçinin milli dəyərlərin qorunması adı altında gizlənən müəyyən şəxslər və qruplar iştirak ediblər.

Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) illik hesabatında bildirilib.

Sənədə əsasən, Gürcüstan-Azərbaycan dövlət sərhədindəki vəziyyəti və iki ölkə arasında qurulan strateji tərəfdaşlığı təhlükə altına qoyan dağıdıcı kampaniya aparılıb. /Report/