"Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır” - Vüqar İskəndərov
    • 16-04-2020, 14:45
    • 767

"Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır” - Vüqar İskəndərov

"Öz inkişafına görə yerləşdiyi regionun lider dövləti olan Azərbaycanda ötən illərdə olduğu kimi, bu ilin üç ayı da uğurlarla yadda qalıb".

Bunu News24.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Millət vəkili bildirib ki, aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə də vurğulandığı kimi, 2020-ci il Azərbaycan üçün uğurla başlayıb, bəhs edilən dövrdə inkişaf və tərəqqi müşahidə olunub: "Cənab Prezident İlham Əliyevin müşavirədəki nitqində də bəyan etdiyi kimi 2020-ci il uğurla başlamışdır. İlin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır. Xüsusilə yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət idi".

"Beləliklə, həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində bu ilin üç ayında da istər ümumilikdə ölkəmizdə, istəsə də ayrı-ayrı regionlarda dinamik inkişaf müşahidə olunub",- deyən Vüqar İskəndərov bu inkişafdan millət vəkili seçildiyi Şəkiyə də pay düşdüyünü qeyd edib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, göstərilən diqqət və qayğı nətcəsində digər şəhər və rayonlar kimi Şəki də inkişaf edib, rayonda genis miqyaslı abadlıq-quruculuq işləri aparılıb, yeni təsərrüfat sahələri və iş yerləri açılıb, insanların sosial rifah halının daha da yaxşılaşdırılması üçün davamlı addımlar atılıb.

“Prezidentin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasət, görülən qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Respublikamızda digər məsələlərdə olduğu kimi yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə çərçivəsində də bütün addımlar düşünülmüş şəkildə atılır və təsadüfi deyil ki, bir neçə ölkə Azərbaycanın təcrübəsindən yararlanır”

Millət vəkili onu da əlavə edib ki, bununla belə, bu ilin üç ayı ərzində bütün dünyanı bürüyən koronavirus pandemiyası bizə də təsirsiz ötüşməyib: "Müşavirədəki nitqində bu məqama toxunan dövlət başçısı deyib: “Mart ayında isə müəyyən qədər tənəzzülə uğradıq. Bu da təbiidir. Çünki koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir. Əgər ilin 3 ayını bütövlükdə götürsək, görərik ki, yenə də inkişaf, tərəqqi var. Ancaq hər kəs bilməlidir ki, indi dünya yeni bir mərhələyə qədəm qoyub və hətta ən inkişaf etmiş ölkələr böyük problemlərlə üzləşiblər". Bəli cənab Prezidentin də bəyan etdiyi kimi koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir. Lakin bu məsələdə də ölkəmiz müsbət mənada fərqlənir. Yəni Prezidentin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasət, görülən qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Respublikamızda digər məsələlərdə olduğu kimi yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə çərçivəsində də bütün addımlar düşünülmüş şəkildə atılır və təsadüfi deyil ki, bir neçə ölkə Azərbaycanın təcrübəsindən yararlanır".

Millət vəkili əmin olduğunu bildirib ki, məhz bu məqsədyönlü siyasət və düşünülmüş addımlar nəticəsində ölkəmiz postpandemiya dövründə də öz inkişafını davam etdirəcək.