Yasamalda 3 ailənin yaşadığı evdə YANĞIN OLDU
    • 16-04-2020, 23:15
    • 642

Yasamalda 3 ailənin yaşadığı evdə YANĞIN OLDU

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 80 m² olan, bir dam altında tikilən 3 ailənin yaşadığı evlərdən birinin yanar konstruksiyaları 4 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.