Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu- 68 NƏFƏR  SAGALDI
    • 17-04-2020, 18:12
    • 1 160

Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu- 68 NƏFƏR SAGALDI

Azərbaycan Respublikasında 57 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 68 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
Bu barədə  News24.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1340 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 528 nəfəri müalicə olunaraq sağalmış, 15 nəfər vəfat etmiş, 797 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86.607 test aparılmışdır.