Azərbaycanda yaşayan Türkiyə vətəndaşları üçün reyslər TƏŞKİL OLUNACAQ
    • 17-04-2020, 18:14
    • 692

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları üçün reyslər TƏŞKİL OLUNACAQ

Türkiyə hökuməti Azərbaycandan ölkəsinə dönmək istəyən vətəndaşlar üçün təxliyə reysləri təşkil edəcək.

Bu barədə  News24.az -a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. 

Məlumata görə, Türkiyə Hava Yolları Azərbaycanda olan və ölkəsinə qayıtmaq istəyən Türkiyə vətəndaşlarının təxliyəsi üçün yaxın günlərdə təyyarələr göndərəcək.  
“İndiyədək səfirliyə ölkəyə qayıtmaq üçün müraciət edən bütün vətəndaşlarımıza uçuşlarla bağlı ətraflı məlumat e-poçt, “WhatsApp” və SMS vasitəsilə çatdırılacaq. Bununla əlaqədar vətəndaşlarımızı e-poçt və telefonlarını mütəmadi olaraq yoxlamağı xahiş edirik”, - diplomatik nümayəndəlikdən bildirilib.