-
- 17-04-2020, 18:54
- 801
BDU-nun əcnəbi tələbələri yardım aksiyası keçirdi
Koronavirus (COVID-19) epidemiyasının yaratdığı mövcud vəziyyətlə əlaqədar Bakı Dövlət Universiteti (BDU) 2020-ci il 1 aprel tarixindən etibarən tədrisin məsafədən təşkilini uğurla davam etdirir. Universitetin hazırlıq qruplarında təhsil alan əcnəbi tələbələr də məsafədən təhsil prosesində fəal iştirak edirlər.
BDU-nun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hazırda beynəlxalq təcrübədə də geniş yayılan “Microsoft Teams” platforması vasitəsilə video-konfrans alətinin tətbiqi sayəsində müəllim və tələbələrin virtual məkanda tədris prosesində iştirakı uğurla təmin olunub. Universitetdə təhsil alan 400-ə yaxın xarici tələbə platformadan istifadə edərək təhsilini davam etdirir.
BDU-da təhsil alan əcnəbi tələbələr eyni zamanda ölkədə həyata keçirilən xeyriyyə tədbirlərinə dəstək məqsədilə yardım kampaniyalarında da yaxından iştirak edirlər. Bunlardan biri də Universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin IV kurs tələbəsi, Pakistan Respublikasının vətəndaşı Athar Mahmutdur. A.Mahmutun təşəbbüsü ilə yardım aksiyası keçirilib. Aksiya çərçivəsində Bakının Əhmədli və Ramanı qəsəbələri ərazilərində ehtiyacı olan ailələrə baş çəkilib, ərzaq yardımı paylanılıb.