-
- 28-04-2020, 14:15
- 753
Peşə Təhsil Mərkəzi məsafədən dərsləri belə TƏŞKİL EDİR
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Təhsil Nazirliyinin təklif etdiyi “Microsoft Teams” platformasına qoşularaq təlim-tədris prosesinin məsafədən təşkilini təmin etməkdədir.
Təhsil Nazirliyinin mətbuat xidmətindən News24.az-a Tədrisin dayandırıldığı müddət ərzində "Microsoft Teams” platforması vasitəsilə təhsil müəssisələrinə video-bağlantı qurmaqla tədris, müzakirələri təşkil etmək üçün interaktiv alətlərdən istifadə, mühazirə və digər dərs materiallarının ötürülməsi, istənilən ölçüdə materialların yerləşdirilməsi, qrup işinin aparılması kimi imkanlar yaradılır.
Bununla yanaşı, Mərkəz tərəfindən tədrisdə yaranmış müvəqqəti fasilə ilə əlaqədar olaraq təhsilalanların dərs prosesindən kənar qalmaması üçün müvafiq videodərslərin çəkilişi davam etdirilir. Hazırlanmış videodərslər Mərkəzin “Youtube” kanalı, "Facebook" səhifəsi və video.edu.az portalında yenilənərək yerləşdirilir.
Qeyd edək ki, videodərslər Mərkəzin mütəxəssisləri tərəfindən peşə təhsilinə dair kurikuluma uyğun olaraq tərtib olunur. Dərslər Mərkəzdə tədris olunan 8 ixtisas istiqamətləri üzrə mövzuları əhatə edir, müxtəlif cihaz və avadanlıqların iş prinsipləri və təlimatlarını əks etdirir. Videodərslərdən peşə təhsili müəssisələrində təhsil alan tələbələr, həmçinin texniki sahənin müəyyən istiqamətlərində bacarıq və vərdişlərini artırmaq istəyən şəxslər, müəllimlər metodik vəsait kimi istifadə edə bilərlər.