Bakı Media Mərkəzindən həkimlərimizə dəstək - VİDEO
    • 18-04-2020, 12:38
    • 895

Bakı Media Mərkəzindən həkimlərimizə dəstək - VİDEO

Bakı Media Mərkəzi koronavirusla mübarizə aparan həkimlərimizə dəstək məqsədi ilə yeni videoçarx hazırlayıb.

News24.az xəbər verir ki, dünyanın hazırda bir nömrəli probleminə çevrilən koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə əsas gücün səhiyyə işçilərinin üzərinə düşdüyü qeyd olunub.
 
Bildirilib ki, onlar pandemiya dövründə həyatlarını riskə ataraq böyük əzmlə virusa yoluxmuş şəxsləri müalicə edirlər. Bu fədakarlar sırasında Azərbaycan həkimləri də var.
 
Bakı Media Mərkəzinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə birgə hazırladığı yeni videoçarx məhz ağ xalatlı qəhrəmanlara həsr olunub.

Sevda Bayramova