-
- 18-04-2020, 18:23
- 806
Səbinə Əliyeva Türkiyənin Baş Ombudsmanı ilə videokonfrans KEÇİRDİ
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç ilə videokonfrans vasitəsilə görüşü olub.
News24/az-;n məlumatına görə, görüşdə iki qardaş ölkənin Ombudsman institutları arasındakı əməkdaşlıq əlaqələrinin davam etdirilməsi, tərəflər arasında imzalanmış əməkdaşlığa dair anlaşma sazişinə əsasən qarşılıqlı təcrübə mübadiləsinə əsaslanan fəaliyyətin inkişaf perspektivləri müzakirə edilib.
Eyni zamanda, dünya ölkələrini cənginə almış COVID-19 pandemiyasının insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığı, bu səbəbdən həm Azərbaycan, həm də Türkiyə tərəfindən tətbiq olunan karantin rejiminin virusun daha geniş yayılmasının qarşısının alınmasında mühüm rol oynadığı qeyd olunub.
Müvəkkil Azərbaycanda xüsusi karantin rejiminin elan olunmasından sonra virusun fəsadlarından qorunmaq məqsədilə müəyyən olunmuş qaydalara riayət olunmasına dair xalqa müraciət ünvanladığını diqqətə çatdırıb.
Qeyd etmək lazımdır ki, Türkiyə Baş Ombudsmanının rəhbərlik etdiyi İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Birliyinin qurulması prosesində və işinin səmərəli şəkildə davam etdirilməsində Azərbaycan Ombudsman institutunun mühüm rolu olub. Bunu nəzərə alaraq, pandemiyanın sona çatmasından sonra Azərbaycan Ombudsmanının da dəstəyi ilə ombudsman təsisatları arasında regional əməkdaşlığın daha da gücləndirilməsinin önəmi vurğulanıb. Görüş zamanı, həmçinin post-pandemiya dönəmində Türkdilli ölkələrin ombudsmanları ilə birgə görüşün keçirilməsi məsələsi də müzakirə edilib. Qeyd olunub ki, sözügedən ölkələrin Ombudsman institutları arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın gücləndirilməsi iqtisadi, sosial və mədəni əlaqələrin də inkişafına təkan verəcək.