Qida yolu ilə COVID-19-a yoluxma MÜMKÜN DEYİL - AÇIQLAMA
    • 18-04-2020, 21:52
    • 921

Qida yolu ilə COVID-19-a yoluxma MÜMKÜN DEYİL - AÇIQLAMA

İngiltərə hökuməti qida və qablaşdırma yolu ilə koronavirus infeksiyasının yayılması riski ilə bağlı açıqlama edib.

News24.az
"Daily Post"a istinadən xəbər verir ki, açıqlamada COVID-19-a qida yolu ilə yoluxma riskinin olmadığı bildirilib. Buna səbəb isə tənəffüs xəstəliklərinin qida və ya qablaşdırma yolu ilə yayılmamasıdır. Qeyd edilib ki, virus qida səthində olsa termik emal zamanı məhv olur.

Mütəxəssislər əhalini meyvələri isti su ilə yumağa və istifadədən əvvəl qabığını soymağa çağırıblar. Qablaşdırmaya əl vurduqdan sonra isə əllərin yuyulmasının mütləq olduğu vurğulanıb.