Tramp dəstək verdi:  ABŞ-da KARANTİN MİTİNQLƏRİ
    • 20-04-2020, 11:07
    • 685

Tramp dəstək verdi: ABŞ-da KARANTİN MİTİNQLƏRİ

ABŞ prezidenti Donald Trampın "Twitter" hesabında karantinə qarşı etiraz edənlərə dəstək verməsindən sonra ölkənin bir çox əyalətində insanlar maska və silahlarla küçələrə çıxıblar. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Texas, Arizona, Kolorado, Montano ştatlarında etirazçılar karantin qaydalarının yüngülləşdirilməsini tələb edirlər. 

Qeyd edilib ki, D.Tramp da bununla bağlı tez-tez ştat rəhbərləri ilə müzakirələr edir və iqtisadiyyatın canlanmasını istəyir.