Sevinc bacısı Sevil haqda: "Çətin bu xasiyyətlə səni kimsə alsın..."
    • 20-04-2020, 12:50
    • 1 466

Sevinc bacısı Sevil haqda: "Çətin bu xasiyyətlə səni kimsə alsın..."

Bəzi yerli saytlarda şou-biznesin əkiz bacılarından biri olan Sevil Səfərovanın gizlincə ailə həyatı qurması haqda xəbərlər yayılıb.

News24.az xəbər verir ki, bu haqda sosial şəbəkədə açıqlama yayan ifaçı məsələnin yalan olduğunu deyib: "Səhər bizi yuxudan gözəl xəbərlə oyadıblar. Siz demə Sevilin toyu olub. Amma bu xasiyyətlə çətin səni kimsə ala, Sevuşum. Allah ağzınızdan eşitsin. İnşallah doğru olsun. O, iş adamı kimdirsə deyin karantində ailəyə baxsın. Kimdirsə "onu mənə çağırın gəlsin". 

Sevda Bayramova