-
- 8-02-2019, 13:55
- 6 069
Sevil və Sevincin biznesi batdı? - AÇIQLAMA
Müğənnilər Sevil və Sevinc Səfərovaların mağaza biznesinin batdığı ilə bağlı xəbərlər yayılıb.
Əsasən ayaqqabı və çantaların satılıdığı mağazanın bağlanması ilə bağlı xəbər isə elə mağazanın rəsmi instagram hesabında paylaşılıb.
News24.az olaraq məsələni aydınlaşdırmaq üçün şou-biznesin əkiz bacıları ilə əlaqə saxladıq. Səfərovalar mövzu ilə bağlı bunları deyib:
"İstəyirdik ki, mağazanı bağlayıb, başqa yerə köçək. Amma sonradan qərara gəldik ki, elə bu mağaza fəaliyyətini davam etdirsin, əvəzində isə yeni filial açaq. Sadəcə olaraq kolleksiyanı yeniləmək üçün bütün mallar maya dəyərinə satılır. Yəni, biznesimizin batması doğru deyil. Onu da qeyd edək ki, mağaza bizim adımızla bağlı olsa da qardaşımıza aiddir".
Teymur MƏMMƏDOV