Koronavirussuz otellər, xüsusi passport - PANDEMİYADAN SONRA SƏYAHƏT
    • 20-04-2020, 11:30
    • 783

Koronavirussuz otellər, xüsusi passport - PANDEMİYADAN SONRA SƏYAHƏT

Koronavirus pandemiyası bitdikdən sonra turistlərə dünyanı gəzmək üçün xəstə olmadığını təsdiqləyən xüsusi sənəd verilə bilər. 

News24.az "The Sun"-a istinadən xəbər verir ki, İngiltərədə səyahə edən şəxsdə infeksiyaya qarşı antikorların olması barədə məlumat olan "immunitet pasportu"nun istifadəsi müzakirə edilir.

Madrid Otellər Assosiasiyası öz növbəsində "Koronavirussuz otel" sertifikarı hazırlamağı düşünür. Bu da həmin oteldə qalan qonaq və işləyən presonalın virusa yoluxmayacağının təminatını verəcək.

Bildirilir ki, Emirates Airlines bütün sərnişinlər üçün on dəqiqə ərzində infeksiyanın mövcudluğunu aşkarlaya bilən məcburi qan testini etməyə başlayıb.