20 yaşlı azərbaycanlı Avropada deputat seçildi
    • 22-09-2018, 11:40
    • 2 216

20 yaşlı azərbaycanlı Avropada deputat seçildi

Azərbaycanlı gənc xaricdə deputat seçilib.

 News24.az xəbər verir ki, 20 yaşlı Vüsal Quliyev İsveçdə keçirilən deputat seçkilərində qalib gəlib.

 V.Quliyev  bu gün açıqlanan nəticələrə görə, Haninge  əyalət parlamentinə millət vəkili təyin olunub. Vüsal, təmsil etdiyi parlamentə seçilmiş ən gənc deputatdır. O eyni zamanda ali məktəb tələbəsidir.

Qeyd edək ki, bir neçə müddət əvvəl  azərbaycanlı gənc Aylin Fazelian və Ayda Kərimli də İsveçdə millət vəkili təyin olunub. Bu çox sevindirici haldır.

 Ağayeva Şəlalə