İsveçdə deputat seçilən azərbaycanlı kimdir? – VİDEO
    • 27-09-2018, 15:30
    • 2 289

İsveçdə deputat seçilən azərbaycanlı kimdir? – VİDEO

Bu il İsveçdə keçirilən parlament seçkilərində bir neçə azərbaycanlı deputat mandatı qazanıb. Onlar Aylin Fazelian, Aydan Kərimli,Turan Əliyev, İradə Əliyeva və Vüsal Quliyevdir.  Yaşadıqları ərazini təmsil etmək üçün seçkilərə qatılan həmvətənlərimiz uğurlu nəticələr əldə ediblər.

Azərbaycanlı xanım siyasətçi Aylin Fazelian “Sosial-demokrat “partiyasından İsveç parlamentinə, onun bacısı Aydan Kərimli isə “Mərkəz” partiyasından əyalət millət vəkili seçilib.
 Aydan Kərimli keçirilən seçki, özü və bacısının əldə etdiyi uğurlar barədə danışıb.

AzEuroNews.com