BMT-nin koronavirusa yoluxan işçilərinin SAYI AÇIQLANDI
    • 20-04-2020, 23:11
    • 610

BMT-nin koronavirusa yoluxan işçilərinin SAYI AÇIQLANDI

BMT-nin Cenevrə ofisinin işçiləri arasında COVID-19 virusuna yoluxanların ümumi sayı 14 nəfərdir.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın Cenevrə ofisinin rəsmi nümayəndəsi Alessandra Veluççi məlumat verib.

Onun sözlərinə görə, 2 hadisə Birləşmiş Millətlər Təşkilatının Ticarət Konfransı (UNCTAD), 2 yolxuma BMT Ətraf Mühit Proqramında və hərəsində 1 yoluxma olmaqla Myanmada Müstəqil İstintaq Mexanizmində, Daxili Nəzarət Xidmətləri İdarəsində və BMT-nin Silahsızlıq İnstitutunda qeydə alınıb.

Daha iki yoluxma BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ofisində, 5-i isə BMT-nin Cenevrə ofisinin katibliyində olub.