Şagirdlər üçün daha bir verilişin yayımına start verilir- Təhsil Nazirliyi
    • 21-04-2020, 11:33
    • 530

Şagirdlər üçün daha bir verilişin yayımına start verilir- Təhsil Nazirliyi

Təhsil Nazirliyi bu həftənin şənbə günündən "Mədəniyyət" kanalında yeni "Dərsdən sonra" adlı verilişin yayımına start verəcək.

News24.az-axəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, 40-45 dəqiqəlik proqramda məktəbdən kənar fəaliyyətlə bağlı mövzulara toxunulacaq: "Söhbət rəqsdən tutmuş, rəsm, musiqi və məktəbəqədər yaşda uşaqların diqqətində olan məsələlərlə bağlı televiziya proqramının yayımından gedir. Güman edirəm ki, bu proqram məktəblilərimizin diqqətini cəlb edəcək və xoşlarına gələcək".