YAP koronavirus epidemiyasına qarşı mübarizə çərçivəsində iri layihələrə müəlliflik edir
    • 21-04-2020, 17:38
    • 602

YAP koronavirus epidemiyasına qarşı mübarizə çərçivəsində iri layihələrə müəlliflik edir

Azərbaycan Respublikasında koronavirus pandemiyasının geniş yayılmaması və pandemiyanın vura biləcəyi zərərin qarşısını almaq üçün sistemli tədbirlər həyata keçirilir. Görülən tədbirlər sırasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi də xüsusi diqqət mərkəzindədir.

News24.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi altında  epidemiyanın qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdə yaxından və fəal iştirak etmiş, bu istiqamətdə bir sıra mühüm aksiyalar keçirib.

Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyein Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bütövlükdə 500 000 manat,  Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna isə 30 000 manat ianə edib.

Yeni Azərbaycan Partiyası tərəfindən 21-29 mart tarixlərində bütün respublika ərazisində ahıl, imkansız və ehtiyacı olan 4500-dən çox ailəyə könüllülər  vasitəsilə gigiyenik vasitələr çatdırlıb.

YAP tərəfindən aprel ayının 4-də start verilmiş və hal-hazırda davam edən  növbəti aksiya çərçivəsində 4 mindən artıq ailəyə ərzaq və digər yardımlar göstərilib.

Yeni Azərbaycan Partiyası və ƏƏSMN  aprelin 4-də başladığı birgə sosial aksiya çərçivəsində hal –hazırki ana  qədər  6 mindən çox ailəyə sosial xidmət  göstərilib.