Təranə Qumral və ailəsindən imkansız ailələrə JEST - VİDEO
    • 21-04-2020, 18:01
    • 1 309

Təranə Qumral və ailəsindən imkansız ailələrə JEST - VİDEO

Bütün dünyanı cənginə alan koronavirus pandemiyası dövründə növbəti xeyirxah addım Təranə Qumral və Musa Musayev cütlüyündən gəldi.

News24.az xəbər verir ki, onlar da digər şou əhli kimi bəzi aztəminatlı ailələrə yardım göstəriblər. Hazırda Qubada olan Təranə qızı Qumral və kürəkəni ilə bəzi ailələrə baş çəkiblər. Sənətçi ərzaq yardımı ilə yanaşı bir sıra ailənin yaşadığı evinin damını, su ilə probleminin aradan qaldırmağı, hətta yaşlı bir nənənin gözünün əməliyyatını öz üzərinə götürüb. Təranə saytımıza açıqlamasında qeyd edib ki, o bu cür addımları virusdan öncə də atdığını, tez-tez bəzi ailələrə istər maddi, istərsə də mənəvi yardım etdiyini bildirib:"Mən uzun illərdir bəzi ailələrə yardım edirəm. Şükürlər olsun ki, xalqımız sayəsində qazanırıq. Bu qazancıma görə bir çox imkansız ailələrə yardım göstərməyi boynumun borcu bilmişəm. Sadəcə bütün bunları çəkib, nümayiş etdirmirəmsə, bu o demək deyil ki, mən heç kimə köməklik göstərmirəm. Mən də öz növbəmdə hər ay mütəmadi olaraq himayəmdə olan ailələrə dəstək oluram. Bu gün isə bunu çəkib, göstərməkdə məqsədim odur ki, haqqımda gəzən söhbətlərə son qoyulsun. Guya mən heç kimə yardım olmuram. Bilib-bilmədən danışmasınlar. Qoy bu görüntülər onlar üçün sübut olsun".