Ruhi Əliyeva aztəminatlı ailələrə YARDIM ETDİ - VİDEO
    • 30-03-2020, 16:16
    • 3 565

Ruhi Əliyeva aztəminatlı ailələrə YARDIM ETDİ - VİDEO

Bir çox sosial, yardım layihələrinin müəllifi olan iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva bütün dünyanı bürümüş COVİD 19 virusunun yayıldığı bu dönəmdə də öz xeyriyyəçilik missiyasını yerinə yetirib. 

News24.az
-ın məlumatına görə, Ruhi Əliyeva koronavirus pandemiyasının yayılmasının qarşısıının alınması üçün həyata keçirilən #evdəqal prinsipinə
əməl edib həm özlərini, həm də ətrafdakıları bu dəhşətli bəladan qoruyan və işə gedə bilməyən aztəminatlı ailələrə yardım edib. 

Belə ki, R.Əliyeva instagram izləyiciləri ilə canlı ünsiyyət quraraq onlar arasında ehtiyacı olan ailələrlə həmsöhbət olub. Daha sonra həmin ailələrə ərzaq yardımı olunmasına təşəbbüs göstərib.

“Liatris Holding”in əməkdaşları həmin yardımları aztəminatlı ailələrə çatdırıblar.

Onu da qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı dövlətin başlatdığı “evdə qal” cağrısına dəstək olaraq, holdinq əməkdaşları ərzaq bağlamalarını hər bir ehtiyaclı ailələnin evinə çatdırıblar.