"Brent" markalı neftin qiyməti 16 dollardan AŞAĞI DÜŞDÜ
    • 22-04-2020, 10:53
    • 750

"Brent" markalı neftin qiyməti 16 dollardan AŞAĞI DÜŞDÜ

Dünya birjalarında neftin qiyməti 6,5-15 faiz aşağı düşüb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün "Brent" markalı neftin qiyməti 11 dekabr 1999-cu ildən bu yana minimuma - bir barel üçün 16 dollardan aşağı olub.

Məlumata görə, Şimal dəniz neft qatışığının iyun fyuçersləri 14,8 faiz - 16,45 dollara qədər azalıb. Bir az əvvəl isə 15,99 dollar səviyyəsinə düşüb.