Təhsil Nazirliyində vətəndaşların qəbulu  mayın 4-dək DAYANDIRILDI
    • 22-04-2020, 11:11
    • 902

Təhsil Nazirliyində vətəndaşların qəbulu mayın 4-dək DAYANDIRILDI

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının,  onun törədə biləcəyifəsadların  qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il mayın 4-dək fəaliyyətini dayandırıb. 

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.