-
- 22-09-2018, 14:45
- 5 438
Azərbaycanlı modelin qeyri-adi gözləri və əzələləri - FOTO
Ukraynada yaşayan həmyerlimiz Bahar Nəbiyeva “yadplanetli” və “şeytan” ləqəbləri ilə də tanınır.
24 yaşlı Bahar bildirir ki, məktəbdə lağa qoyulduqdan sonra idmanla məşğul olmağa başlayıb:
“Çox arıq idim. İnsanların mənə baxmağından bezdim və bu vəziyyəti dəyişmək istədim. İdman zalına getdim. Əvvəllər fitneslə bağlı heç bir fikrim yox idi. Amma vaxt keçdikcə güzgüyə baxdım və əzələlərimin inkişaf etdiyini gördüm. Artıq məni heç nə dayandıra bilməzdi”.
Baharın sosial şəbəkədə 2 milyon izləyicisi var. Azərbaycanlı model hamının ondan pəhriz barədə soruşduğunu deyir:
“Hamı soruşur. Böyük sir deyil, amma cavabı yoxdur. Pəhriz etmirəm. Sürətli metabolizman varsa, hər yeməkdən dada bilərsən”.
Qeyd edək ki, Baharın göz bəbəklərinin normadan iri olması izləyicilər arasında müzakirəyə səbəb olur.