Bahar Azərbaycana bu tarixdə gələcək- Novruz çərşənbələrinin vaxtı açıqlandı
    • 3-02-2020, 09:56
    • 1 204

Bahar Azərbaycana bu tarixdə gələcək- Novruz çərşənbələrinin vaxtı açıqlandı

Baharın Azərbaycana gələcəyi vaxt açıqlanıb.

N. Tusi adına Şamaxı Astrofizika News24.az-a verilən xəbərə görə, bu il bahar Azərbaycana martın 20-si saat 07:49:36-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayacaq.

Fevralın 25-i Su, martın 3-ü Od, martın 10-u Yel, martın 17-si Torpaq (İlaxır) çərşənbələri qeyd olunacaq.