-
- 22-04-2020, 16:25
- 1 196
Saxta profillər açaraq onlayn narkotik satan şəxs ƏLƏ KEÇDİ - FOTO - VİDEO
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a Tədbir zamanı Bakı şəhər sakini Anar Məmmədov paytaxtın Nizami rayonunda tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,870 qram narkotik vasitə heroin, 1,028 qram psixotrop maddə metamfetamin aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq A.Məmmədovun yaşadığı evdən əlavə 3,873 qram heroin və 14,345 qram metamfetamin aşkar edilərək götürülüb.
Saxlanılan şəxsin ətrafında aparılan araşdırmalarla onun müxtəlif sosial şəbəkələrdə “Metidenxmya” və “Zakladka Bakı” adı ilə qeydiyyatdan keçərək özünə məxsus səhifələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsini təbliğ etməsi müəyyən olunub. Qeyd edək ki, A.Məmmədovun narkotik vasitələri onlayn yolla satışa çıxarıb və ayrı-ayrı şəxslər onun plastik kartına buna görə pul vəsaitləri köçürüblər. Saxlanılan şəxsin evindən həmin vəsaitlərin toplandığı plastik kart da polislər tərəfindən aşkar olunub. A.Məmmədov ifadəsində həmçinin üzərindən və yaşadığı evdən aşkar olunan narkotik vasitə və psixotrop maddələri tanımadığı şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından aldığını bildirib.
Faktla bağlı A.Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.