Türkiyədə 117 nəfər koronavirusdan öldü
    • 22-04-2020, 21:09
    • 889

Türkiyədə 117 nəfər koronavirusdan öldü

"Türkiyədə son sutkada daha 117 nəfər pandemiyanın qurbanı olub”.

News24.az-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib. O bildirib ki,  Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 376 nəfərə çatıb. Nazir həmçinin daha 3 083 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 98 674-ə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 16 477 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.