-
- 23-04-2020, 12:11
- 695
Azərbaycan Ordusunda müsabiqə keçirilir
2020-ci il üçün hazırlıq planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” müsabiqəsi keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, qoşun növləri, birlik, birləşmə, əlahiddə hərbi hissələrdə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində keçirilən müsabiqənin məqsədi hərbi qulluqçularla ideoloji işin düzgün aparılması qaydalarının öyrədilməsi, onların milli mənəvi dəyərlər və Azərbaycançılıq ideyası ruhunda tərbiyə edilməsi, döyüş və mənəvi-psixoloji keyfiyyətlərinin təkmilləşdirilməsi, döyüş tapşırıqlarının yerinə yetirilməsində hüquqi qaydalara riayət olunması və hərbi intizamın daha da möhkəmləndirilməsində şəxsi məsuliyyət hissinin vacibliyinin çatdırılması, eləcə də bu sahələrdə qabaqcıl təcrübənin təbliğidir.
Birinci mərhələ üzrə hərbi hissələrdə qaliblər müəyyən edilərək mükafatlandırılıb. Yekun mərhələdə isə xüsusi komissiya tərəfindən müsabiqənin qalibləri müəyyən ediləcək.