"Koronavirusa yoluxan 5 min hərbçisi ilə məşğul olsun" - İRANDAN TRAMPA CAVAB
    • 23-04-2020, 13:22
    • 803

"Koronavirusa yoluxan 5 min hərbçisi ilə məşğul olsun" - İRANDAN TRAMPA CAVAB

"ABŞ hərbi qüvvələrinin Fars körfəzində görəcək heç bir işi yoxdur".

News24.az RİA-ya istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın təhdidlərinə cavab olaraq deyib. Nazir bildirib ki, ABŞ prezidenti koronavirusa yoluxan 5 mindən artıq hərbçisi ilə məşğul olmalıdır.