Azərbaycanda 30 nəfər koronavirusa yoluxdu 41 nəfər sağaldı
    • 23-04-2020, 16:16
    • 831

Azərbaycanda 30 nəfər koronavirusa yoluxdu 41 nəfər sağaldı


Azərbaycanda 30 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, 41 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Hazırkı dövrədək ölkəmizdə 1548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 948 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib".