Koronaviruslu Şimali Koreya vətəndaşını ÇİN SƏRHƏDÇİLƏRİ GÜLLƏLƏDİLƏR
    • 23-04-2020, 19:19
    • 730

Koronaviruslu Şimali Koreya vətəndaşını ÇİN SƏRHƏDÇİLƏRİ GÜLLƏLƏDİLƏR

Şimali Koreya ilə Çin arasındakı Tumen çayını keçməyə çalışan bir şəxs Çin sərhədçiləri tərəfindən vurulub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin mediasının "son dəqiqə" başlığı ilə yayımladığı məlumatda şəxsiyyəti açıqlanmayan şəxsin Çində xəstəxanaya yerləşdirildiyi və xəstəxanadakı testlər nəticəsində onun koronavirus xəstəsi olduğu bildirilib.

Məsələ ilə bağlı Çin və ya Şimali Koreyadan hələlik heç bir açıqlama verilməyib.