Tramp Kim Çen Inın ona yazdığı "sevgi məktubları"ndan bəhs edib
    • 1-11-2018, 12:48
    • 1 109

Tramp Kim Çen Inın ona yazdığı "sevgi məktubları"ndan bəhs edib

ABŞ prezidenti Donald Trump, Şimali Koreya lideri Kim Çen Inın ona ünvanladığı məktubları göstərməyə söz verib.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti onları "sevgi məktubları" adlandırıb. Tramp bu barədə The Washington Post qəzetinə verdiyi müsahibədə söz açıb.

Nəşr vurğulayıb ki, Ağ Evin sahibi müsahibəsində zarafata salaraq, Şimali Koreya liderinin ona "aşiq olması"nı deyib: "Mən sizə məktubları göstərəcəyəm. Onlar sevgi məktublarıdır".