Koronavirus gənclərdə İNSULTA SƏBƏB OLUR
    • 24-04-2020, 01:26
    • 894

Koronavirus gənclərdə İNSULTA SƏBƏB OLUR

Amerikalı həkimlər koronavirusun 30-40 yaş arası insanlarda qəfil insulta səbəb ola biləcəyini açıqlayıb.

News24.az "CNN"-ə istinadən xəbər verir ki, bu qənaətə Nyu-Yorkdakı Mount Sinay Səhiyyə Sistemi xəstəxana şəbəkəsinin həkimləri gəlib.

Onların sözlərinə görə, koronavirusun insulta səbəb ola biləcək qeyri-adi qan laxtalanmasına səbəb olduğuna dair dəlillər mövcuddur.

Həkimlərin hesabatına görə, son iki həftə ərzində koronaviruslu gənc xəstələrdə yeddi dəfə daha çox insult baş verib. Ancaq onlar ambulator şəraitdə müalicə olunublar.

Hal-hazırda bir xəstə bundan ölüb.